Rəng seçimi

DÜNYA BAZARI (cnbc.com)

  Məlumat yoxdur

SORĞU

PORTALI FAYDALI HESAB EDİRSİNİZMİ?
 

SAYĞAC

İstifadəçilər : 1078
Məqalələr : 437
Linklər : 1
Məqalələrə baxış sayı : 492387
Xəbərlər
Ağstafada sahibkarlara güzəştli kreditlər verilib PDF faylını al Çap E-poçt
22.09.16 14:28
Sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Ağstafa rayonunun Göycəli kəndində keçirib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağstafada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, kartofçuluq, cins heyvandarlıq, istixana və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1769 sahibkara 102,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 221,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Ağstafa və ətraf rayonlardan olan 48 sahibkara 610 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Forum çərçivəsində Ağstafa rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.
 
Sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir PDF faylını al Çap E-poçt
16.09.16 00:00
Sentyabrın 16-da Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin və İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlaxda treninq keçirilib.
Tədbirdə Aran Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları olmaq istəyən gənclər, eləcə də Yevlax şəhərində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar iştirak ediblər.
"Öz biznes ideyanı yarat", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqdə biznesin növləri və təşkilati-hüquqi formaları, biznes mühiti və ideyanın yaradılması, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, insan resurslarının səmərəli idarə edilməsi, biznes plan və onun tərtib edilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə da məlumatlandırılıblar.
Treninq çərçivəsində mövzular üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
 
Lənkəranda sahibkarlar üçün treninq keçirilib PDF faylını al Çap E-poçt
07.09.16 00:00
Sentyabrın 7-də Lənkəranda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
"Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Made in Azerbaijan" brendinin yaradılması" mövzularını əhatə edən treninqdə ixrac bazarları, ixracyönümlü məhsulların istehsalı, ixracın stimullaşdırılması tədbirləri, innovativ texnologiyalar, brend məhsullar və onların məqsədli bazarlara istiqamətləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir iştirakçıları həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barəsində də ətraflı məlumatlandırılıblar.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.
 
<< Başlanğıc < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>

Səhifə 1/135

İSTİFADƏÇİ PANELİ



AXTAR